Suraxanıda dəmir yolunda yeniyetməni cərəyan vurdu


Digərləri 18 Yan 2018 19:38:00 280 0

Suraxanıda dəmir yolunda yeniyetməni cərəyan vurdu

Suraxanıda dəmir yolu xətti üzərində dayanan yeniyetməni cərəyan vurub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində xəsarət alıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.