Qarabağ döyüşləri 25 il əvvəl: 20 minlik fotoarxiv sərgiləndi FOTOLAR


Digərləri 18 Yan 2018 18:42:00 368 0

Qarabağ döyüşləri 25 il əvvəl: 20 minlik fotoarxiv sərgiləndi  FOTOLAR

Bu gün Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 702 saylı briqadanın veteranı, fotoqraf Nurəhməd Vəliyevin 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri və atəşkəs dövründə hərbi hissənin fəaliyyətini əks etdirən fotolardan ibarət sərgisi keçirilib.

Son.az bildirir ki, sərgidə Müdafiə Nazirliyinin zabitləri, veteranlar, dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgini giriş sözü ilə açan hərbi hissənin keçmiş şəxsi heyətlə iş üzrə müavini, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, AZERİ DEFENCE jurnalının dəstəyi ilə keçirilən sərgidə N. Vəliyevin arxivindən 100-dən çox foto nümayiş olunur.

Çıxış edən hərbi hissənin keçmiş komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, bu günki sərgidə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olmuş Horadiz əməliyyatının qəhramanlarının fotoları sərgilənir.

Tədbirdə çıxış edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov hərbi hissənin keçmiş komandiri Taryel Qəhramanov, tabor komandiri Zahir Həsənov, hacı Surxay Məmmədli, füzuli rayonundan olan millət vəkili, vitse-spiker Bahar Muradovanın köməkçisi və digərləri fotoqraf N.Vəliyevin fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, döyüşlərdə Azərbaycan Ordusunun çox sayda hərbi qulluqçu şəhid olubdur. Yazılan bu tarixin gənclərə və gələcək nəsillərə çatdırılması hər bir kəsin vətəndaşlıq borcudur. Gələcək nəsilə ötürülən bu tarixin ölməzliyini təmin eləmək üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətinin böyük olduğu vurğulanıb.


Xəbərə aid fotolar