"Obameyanq səhvlərindən nəticə çıxarsa..."


İdman 18 Yan 2018 18:15:00 264 0

"Obameyanq səhvlərindən nəticə çıxarsa..."

"Borussia Dortmund"un baş məşqçisi Peter Ştöqer komandanın hücumçusu Pyer-Emerik Obameyanqla söhbət etdiyini bildirib. Goal.az xəbər verir ki, alman mütəxəsis onu yenidən heyətə qaytarmağa hazır olduqlarını qeyd edib.

"Bazar ertəsi onunla söhbətimiz baş tutdu. O, yaxşı məşq edir, heç nə dəyişməyib. Obameynaqdan incimirik. Öz səhvlərindən nəticə çıxarsa, onu komandada görməyə şad olarıq. Onda "Borussia"ya fayda verən keyfiyyətlər var".

Obameyanq komandanın toplanışına gecikdiyi üçün intizam cəzası olaraq komandadan uzaqlaşdırılıb. O, 100 min avro cərimə də ödəməlidir.