İmanov qardaşlarından xalq artistinə hörmətsizlik


Digərləri 18 Yan 2018 18:02:00 313 0

İmanov qardaşlarından xalq artistinə hörmətsizlik

Xalq artisti Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırılan "Bəxt üzüyü"nün davamı çəkilib. "Planet Parni iz Baku" komandası tərəfindən ərsəyə gətirilən filmdə xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Tahir-Cabir İmanov qardaşları və başqaları rol alıb.

Son.az xəbər verir ki, "Planet Parni iz Baku" komandasının Ramiz Əzizbəylidən xeyir-dua almaması qarşı tərəfin xətrinə dəyib.

Yenicag.az-a açıqlama verən xalq artisti incikliyini belə ifadə edib:

"Xəstəliklə mübarizə aparıram. Bir müddət öncə də Türkiyədə müalicə olundum. Yəni demək istəyirəm ki, başım özümə qarışıb. İndi sizdən eşidirəm ki, "Bəxt üzüyü"nün davamını çəkirlər. Tahirlə Cabir Süleyman Ələsgərov kimi böyük sənətkarın nəvələridir. İkisi də əjdaha oğlandı. Amma mənə nə zəng edib, nə də yanıma gəlib xeyir-dua istəməyiblər. Özləri bilər. Mən onlara etiraz edən deyildim, sadəcə xeyir-dua verəcəkdim. Çox istərdim ki, o filmə baxım, rəyimi bildirim.