Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var


Sosial 18 Yan 2018 16:43:58 208 0

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır

Mingəçevir şəhərində yol qəzası baş verib. 

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Eyni zamanda “VAZ-2106" markalı avtomobil deformasiyaya uğrayıb. Yararalılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.