Azərbaycanlı yeni dövlət yaratdı


Dünya 18 Yan 2018 16:40:00 273 0

Azərbaycanlı yeni dövlət yaratdı

İqor Aşurbəyli 2000-ci illərdə Rusiyanın raket qurğuları, hava hücumundan müdafiə sistemləri, darilokasiya stansiyaları və digər hərbi avadanlıqlar istehsal edən ən böyük müdafiə sənayesi konsernlərindən biri olan "Almaz-Antey" dövlət konserninin rəhbəri olub. 2016-cı ildən isə onun tam fərqli layihəsi var. İ.Aşurbəyli yeni - Asqardiya kosmik dövlətinin yaradıldığını bəyan edib. O, israrla Ayda koloniya təsis etmək fikrindədir. İş adamının fikrincə, bu dövlət yaxın zamanlarda BMT-nin üzvü olmalıdır.

"Mən həyatda ikən Ayda daimi yaşayış yeri yaratmaq və ora uçmaq istəyirəm. Digər bütün şeylər avantüradır. Belə ki, məsələ hətta texnikada da yox, daha çox fiziologiyadadır. Bəşəriyyət sadəcə kosmik şülanma şəraitində yaşaya bilməz. Ona görə də Mars haqqında istənilən boşboğazlıq elə cəfəngiyyatdan başqa bir şey deyil. Yəni təbii ki, bir tərəfə bilet almaq olar, bundan artığını yox. Amma Ay - bəli, bu daha gerçək, anlaşılan və yaxındır," - deyə İ.Aşubəyli "Meduza"-ya bildirib.

İ.Aşurbəyli Asqardiyanın yaranmasını 2016-cı il oktyabrın 12-də Parisdə "Rits" otelində keçirdiyi mətbuat konfransında bəyan edib. Belə bir dövlətin yaranması fikri isə onun başına 2016-cı ilin yayında Kanadada Monreal şəhərində kosmik hüquqlara dair beynəlxalq konfransdan sonra pivə içərkən gəlib.

2017-ci il noyabrın 12-də "Antares" raket-daşıyıcısı ABŞ-ın Virciniya ştatının Uollops kosmodromundan orbitə "Cygnus" kosmik yükdaşıyanı çıxardı. Orda bir sıra şeylərlə yanaşı çox kiçik, çəkisi cəmi 2,8 kq olan peyk - "Asgardia-1" adlı kubsat da vardı. Peykə Asqardiyanın vətəndaşlarının yeni dövlətin rəsmi saytı vasitəsilə göndərilmiş 512 qiqabaytlıq məlumatları da yüklənmişdi. Peykin buraxılmasını İ.Aşurbəyli şəxsən özü maliyyələşdirmiş və buna görə 500 min avro xərcləmişdi.

Peyk hər şeydən əvvəl elmi missiya yerinə yetirir. Onun köməyi ilə kosmik radiasiyalar şəraitində məlumatların qorunub saxlanmasını yoxlamaq olar. Amma onun əsas vəzifəsi İqor Aşurbəyli tərəfindən yaradılmış yeni dövlət üçün böyük olmasa da, öz süveren ərazisinin yaradılmasıdır. Ona qədər isə dövlətin artıq bayrağı, himni, gerbi və "əhalisi" vardı. Amma dövlətin malik olduğu minimal ərazi isə heç yerdə qeydə alınmamışdı. Ona görə də Asqardiya indi formal olaraq bu əlamətlərə də malikdir.

Asqardiyanın bayrağı