"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər"


Siyasət 18 Yan 2018 16:44:00 259 0

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib.

O bildirib: "Münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər".

Qeyd edək ki, bu gün Polşanın Krakov şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, daha sonra isə erməni həmkarı Edvard Nalbandyanla görüşü keçirilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində