20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb (FOTO)


Digərləri 18 Yan 2018 16:46:00 235 0

20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb (FOTO)

Suxumi Dövlət Universitetində "Borçalı-İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar "Unutsaq unudularıq" adlı anım tədbiri təşkil edilib.

Bakı. Gürcüstanın Suxumi Dövlət Universitetində "Borçalı-İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar "Unutsaq unudularıq" adlı anım tədbiri təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Suxumi Dövlət Universitetinin rektoru, professor müəllim heyəti, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndələri və gürcü, azərbaycanlı tələbələr iştiak ediblər. 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə "Borçalı-İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov çıxış edərək faciənin səbəbləri, nəticələri, bu hadisənin xalqımızın şanlı tarixindəki yeri və rolu barədə danışıb. Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.