Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb


Siyasət 18 Yan 2018 16:08:09 206 0

Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir. 

XİN başçılarının danışıqlarından əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü dekabrın 7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Avstriyanın paytaxtı Vyanada keçirilən iclası çərçivəsində baş tutmuşdu.