Paytaxt sakinləri pullarını nəyə xəcləyirlər? SORĞU FOTO


Digərləri 18 Yan 2018 15:31:00 236 0

Paytaxt sakinləri pullarını nəyə xəcləyirlər?  SORĞU  FOTO

Pul qazanmaq çətin işdir. Amma o pulu düzgün xərcləmək də hər insanın işi deyil. Bəs paytaxt əhlinin qazancı nəyə "gedir"?

"ACT Azərbaycan" bunu öyrənməyə çalışıb. Son.az sorğunun nəticələrini təqdim edir:  

Rəyi öyrənilmiş Bakı sakinləri bir ay ərzində pulunu aşağıdakı nisbətdə xərcləyir :  Ərzaq - 61 % Övlad - 11 % Geyim - 9 % Nəqliyyat - 4 % Kommunal ödənişlər - 3 % İstirahət - 2 % Danışıq balansı - 2 % Təhsil - 2 % Maraqlı məqam xərclərin yaş kateqoriyalarına görə fərqlənməsidir. Məsələn, pulunu, əsasən, ərzağa verənlər orta və yaşlı nəslin nümayəndələridir (45 və yuxarı yaş aralığı). 25-34 yaş kateqoriyasına daxil olan respondentlər pullarını daha çox övladlarına xərcləyir (26 %). Kommunal xərcləri gəlirlərinin qənimi sayanlar yaşlı nəslin nümayəndələridir (55-64 yaş aralığı). Gənclər isə (18-24 yaş aralığı) pullarını, əsasən, geyimə xərcləyir (25 %).  Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.