"Barcelona" müdafiəçisi ilə yeni müqavilə imzaladı


İdman 18 Yan 2018 15:28:00 289 0

"Barcelona" müdafiəçisi ilə yeni müqavilə imzaladı

"Barcelona"nın müdafiəçisi Jerar Pike klubla müqaviləsini uzadıb. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçunun yeni anlaşması 2022-ci il 30 iyuna kimi nəzərdə tutulub. Buraxılış qiyməti 500 milyon avro müəyyən edilib.Pike katalon klubunun yetirməsidir. 2004-cü ildə "Manchester United"ə gedən müdafiəçi 4 ildən sonra geri qayıtmışdı. "Barcelona" rəhbərliyi yeni müqavilənin imzalanması münasibətilə ənənəvi mətbuat konfransı təşkil edəcək. Onun tarixi sonra açıqlanacaq.