Elmar Məmmədyarovun ATƏTin Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb


Siyasət 18 Yan 2018 15:07:00 306 0

Elmar Məmmədyarovun ATƏTin Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, görüş Polşanın Krakov şəhərində keçirilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edir.