Pike: "Ümid edirəm, "Camp Nou"da heç kim təhqir olunmaz"


İdman 18 Yan 2018 14:48:00 275 0

Pike: "Ümid edirəm, "Camp Nou"da heç kim təhqir olunmaz"

İspaniya Kubokunun 1/4 final mərhələsində keçirilən ilk oyunda "Barcelona" səfərdə "Espanyol"a uduzub - 0:1. Goal.az xəbər verir ki, məğlub komandanın müdafiəçisi jerar Pike oyundan sonra fikirlərini bölüşüb. O, rəqib azarkeşlərinin həyat yoldaşı Şakira barədə təhqiramiz və qıcıqlandırıcı şüarlarına münasibət bildirib.

"Espanyol"la səfərdə qarşılaşmaq çətindir. Nə üçün təhqir olunduğumu anlamıram. Ümid edirəm, "Camp Nou"da heç kim təhqir olunmaz və meydana yad əşyalar atılmaz.

Uduzanda həmişə buna izah axtarırsan. Amma komanda yaxşı mübarizə apardı. Qaçırılan penalti olan şeydir. Həqiqət budur ki, oyun istədiyimiz kimi getmədi. Məğlubiyyət seçməli olsaydım, bu hesabı seçərdim".