Azər Türk Bank 2017ci ili mənfəətlə başa vurub


Digərləri 18 Yan 2018 13:55:00 302 0

Azər Türk Bank 2017ci ili mənfəətlə başa vurub

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2018-ci il tarixinə  aktivləri 336 764 min manat səviyyəsində olmuşdur. Bankın Kredit portfelinin həcmi 119 838 min manat təşkil etmişdir.

Ümumi gəlirlər 96 569min manat, xərclər 95 425 min manat olmuşdur. Ötən ilin son rübündə Bank 1 143 min manat həcmində mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 53 186 min manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 27,7 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.