Mövlud Çavuşoğlu: “ABŞ verdiyi sözə əməl etmədi”


Dünya 18 Yan 2018 13:45:54 312 0

Mövlud Çavuşoğlu: “ABŞ verdiyi sözə əməl etmədi”

"Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”

“ABŞ verdiyi sözə əməl etmədi”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNNTürk-ə müsahibəsində deyib.

“ABŞ-ın açıqlamaları bizi tam təmin etmədi. Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan ayrılarkən daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra biz verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”, - o vurğulayıb.