Türkiyənin Baş Qərargah rəisi və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyada səfərdədir


Dünya 18 Yan 2018 13:33:50 285 0

Türkiyənin Baş Qərargah rəisi və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyada səfərdədir

Görüşlərdə bölgədəki vəziyyət, o cümlədən Suriyada təhlükəsizlik məsələləri müzakirə ediləcək

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hülusi Akar və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan Rusiyada səfərdədr.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, H.Akar və H.Fidan Rusiya rəsmiləri, o cümlədən bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Gennadi Gersimovla görüşəcək.

Görüşlərdə bölgədəki vəziyyət, o cümlədən Suriyada təhlükəsizlik məsələləri müzakirə ediləcək.