Qohumlarına qarşı soyğunçuluq edən şəxslər tutuldular


Digərləri 18 Yan 2018 13:15:00 232 0

Qohumlarına qarşı soyğunçuluq edən şəxslər tutuldular

Qohumlarına qarşı soyğunçuluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 17-də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini olan qadın yanvarın 8-də mobil telefonunun oğurlandığını bildirib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxri Ellazgil olması, həmin gün qohumu olan digər bir qadına qarşı da zor tətbiq edərək mobil telefonunu alması, həmçinin onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyənləşib. 

Bundan başqa yanvarın 10-da Gəncə şəhər sakini olan qadın qızıl boyunbağısının boynundan qoparılıb aparılması barədə Kəpəz Rayon Polis İdarəsinə müraciət edib. 

Faktla əlaqədar cinayət işi başlanılıb.