Moskvada qar onlarla reys təxirə saldı


Dünya 18 Yan 2018 12:30:00 235 0

Moskvada qar onlarla reys təxirə saldı

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 10-dan çox reys təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Domodedovo hava limanında 13 reys təxirə salınıb, daha 4 reysin isə ləngidiyi barədə məlumat verilib.

Bundan başqa, Şeremetyevo hava limanında isə 7 reysin ləngidiyi bildirilib.

Moskvanın digər hava limanlarında - Vnukovo və Jukovski aeroportlarında ləngimələrin olmadığı bildirilir.