Namus cinayətinə görə həbsdə yatan gəncin müəmmalı qətli TƏFƏRRÜAT


Digərləri 18 Yan 2018 12:35:00 281 0

Namus cinayətinə görə həbsdə yatan gəncin müəmmalı qətli  TƏFƏRRÜAT

Hadisə yanvar ayının 15-də gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdullayev Osman Fazil oğlunun meyiti avtomagistralın kənarında tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. Cinayət baş verən ərazidən "Makarov" tipli tapançanın 4 gilizi tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb və 26 yaşlı gəncin başından 1 güllə ilə qətlə yetirildiyi məlum olub. 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı Osman Abdullayevin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. 

Belə ki, Osman Abdullayev 2008-ci ilin fevral ayının 20-də,  16 yaşı olan zaman Gəncə şəhərində 1984-cü il təvəllüdlü Goranboy rayon sakini olan Tural adlı şəxsi qətlə yetirib və 5 il məhkumluq həyatı yaşayıb. Həmin vaxt Osman Turalı bacısına sataşdığına görə qətlə yetirib. 2013-cü ildə həbsdən azad olunan Osman heç bir işlə məşğul olmayıb.