20 Yanvarda hava necə olacaq?


Digərləri 18 Yan 2018 12:09:30 275 0

20 Yanvarda hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarmadasında, o cümlədən Aran rayonlarında havanın temperaturu nisbətən yüksələcək.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturunun 6-8 dərəcə isti olacağı proqnozlaşdırılır. Sabah gündüz isə temperatur yüksələrək 7-12 dərəcə olacaq. Mərkəzi Aran rayonlarında isə temperatur 5-10 dərəcə isti müşahidə ediləcək.

A.Verdiyev qeyd edib ki, dağlıq ərazilərdə şaxtalı hava hökm sürəcək. Sabah dağlıq ərazuilərdə 0-3 dərəcə şaxta gözlənilir.