13 uşağı əsir saxlayan məktəb direktorunun evindən çıxanlar


Dünya 18 Yan 2018 11:42:00 258 0

13 uşağı əsir saxlayan məktəb direktorunun evindən çıxanlar

ABŞ-ın Kaliforniya ştatında bir cütlüyün 13 nəfər qaranlıq otaqda yatağa zəncirlənmiş və ac saxlaması barədə məlumat vermişdik.

Son.az Dailymail-ə istinadən xəbər verir ki, uşaqlara işgəncə edən cütlüyün villasından çıxanlar görənləri dəhşətə gətirib.

Qeyd edək ki, qorxunc cinayətin üstü 17 yaşlı bir qızın olay yerindən qaçmağı bacarması sayəsində üzə çıxıb. Evdə tapılan uşaqların çox solğun və halsız halda olduqları deyilir. Bazar günü qaçdığı deyilən gənc qızın evdə tapdığı bir mobil telefonla polislərə zəng etdiyi, valideynlərinin özü ilə yanaşı,12 bacı-qardaşını əsir tutduğunu söylədiyi bildirilir.