Tanınmış azərbaycanlı jurnalist vəfat etdi


Digərləri 18 Yan 2018 11:28:00 248 0

Tanınmış azərbaycanlı jurnalist vəfat etdi

Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu barədə APA-ya yazıçı-dramaturq Firuz Mustafa məlumat verib. O bildirib ki, N.Hacızadə uzun sürən xəstəlikdən sonra yanvarın 18-də dünyasını dəyişib.

Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.  

Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.