Kavani Zlatan İbrahimoviçi haqladı


İdman 18 Yan 2018 10:22:00 292 0

Kavani Zlatan İbrahimoviçi haqladı

PSG-nin futbolçusu Edinson Kavani rəsmi matçlarda qol sayına görə Zlatan İbrahimoviçin rekorduna şərik olub.

Goal.az xəbər verir ki, 31 yaşlı forvard Liqa 1-in XXI turunda “Dijon”la matçın 21-ci dəqiqəsində hesabı 3:0 edib. Bu, uruqvaylı futbolçunun 156-cı qolu olub. İngiltərənin “Manchester United” komandasının formasını geyinən İbrahimoviç də eyni göstəriciyə malikdir.

Qeyd edək ki, Edinson Kavani cari çempionatda keçirdiyi 20 oyunda 20 qol vurub. Uruqvaylı forvardın meneceri “Keşlə” və “Neftçi”nin sabiq hücumçusu olan qardaşı Valter Quqlemondur.