Şimali Koreya təmsilçiləri olimpiadada 4 idman növü üzrə yarışacaqlar


Digərləri 18 Yan 2018 10:18:40 256 0

Şimali Koreya təmsilçiləri olimpiadada 4 idman növü üzrə yarışacaqlar

Koreya Xalq Demokratik Respublikasının təmsilçiləri Pxönçhanda keçiriləcək Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə yarışacaqlar.

Bakı. Koreya Xalq Demokratik Respublikasının (KXDR) təmsilçiləri Pxönçhanda keçiriləcək Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə yarışacaqlar. Trend-in məlumatına görə, bunu Koreya Respublikası Milli Olimpiya Komitəsinin sədri Li Hi Bom deyib. O bildirib ki, Şimali Koreya idmançıları fiqurlu konkisürmə (cütlüklər arasında), dağ xizəyi, xizək yürüşü və qadın hokkeyində qüvvələrini sınayacaqlar: "Müvafiq razılıq ötən gün işçi səviyyəsində aparılan danışıqlar zamanı əldə olunub".