QLED yeni televiziya əsri


Digərləri 18 Yan 2018 10:00:00 299 0

QLED  yeni televiziya əsri

Müasir dövrdə televizor ailəmizin bir üzvünə çevrilib. Belə ki, biz onunla həm nahar edir, həm film izləyərək dincəlirik. Lakin ailə üzvlərimizi olduqları kimi qəbul edib, seçməyə imkanımız olmasa da, televizor seçimində azadıq. Bəs bu seçim asandırmı? Mağaza rəfləri bir birinə bənzər, əksər funksiyaları ilə oxşar mallarla doludur. Lakin, əmin olun ki, meydana gələn bu xaos içində digərlərindən seçilən Samsung QLED TV mütləq diqqətinizə səbəb olacaq. O, təkcə qüsursuz formaları ilə deyil, təsvirin canlı və olduqca realistik ötürülməsi ilə fəqrlənir. İncə korpus, demək olar ki, çərçivəsiz ekran və bütöv metaldan hazırlanmış arxa panel - şah əsərin düsturu budur. One Connection qoşulması ilə dolaşıq qoşulma kabellərinin yaşatdığı narahatçılığın da aradan qaldırıldığını əlavə etsək, hər bir məkana özü ilə bəzək qatan dizayn elementi əldə edirik.

Samsung-un təqdim etdiyi yeni televizor, cəlbedici zahiri görünüşü ilə yanaşı, həmdə inanılmaz təsvir keyfiyyətinə də malikdir. Belə ki, QLED TV istənilən parlaqlıq səviyyəsində, hətta, ən incə rəng çalarlarını belə ifadə edə bilir. Televizor Verband Deutscher Elektrotechniker (VDE) test aparma və sertifikasiya assosiasiyasının ekspertizasını uğurla keçmişdir. Bu modelin rəngi 100% dəqiqliklə əks etdirdiyi təsdiqlənmişdir "Rəng həcmi" göstəricisinin 100%-lik göstəricisi fərqli parlaqlıq səviyyələrində rəngləri olduğu kimi "canlı" ötürmək deməkdir. Buna misal olaraq, ağac yarpağının rəngi işıq şəraitindən və parlaqlıq dərəcəsindən asılı olaraq sarımtıl-yaşıldan firuzə rənginə qədər dəyişə bilər. Adətən parlaqlığın artması ilə ekranda əks olunan rənglər pozulur. Bu gözlərimizin bir müddət yanar lampaya baxdıqdan sonra qısa zaman ərzində rəngləri seçə bilmədiyi effektini xatırladır. Belə ki, bu cür təhrifləri aradan qaldırmaq üçün Samsung parlaqlıq diapazonunu 1500−2000 nitə qədər artırıb, ən əsası isə kvant nöqtələri üçün yeni metal materialdan istifadə edib. Sözü gedən bu nöqtələr sayəsində rəng palitrası genişlənmiş, ekranın pik parlaqlığı isə artmışdır. Bundan əlavə, kvant nöqtələrinin yeni quruluşu QLED ekran üzərində otaq sahəsinin işıqlandırılmasından asılı olmayaraq, işıqlı və qaranlıq səhnələrdə belə daha çox detalı izləmək imkanı yaradır. Həmçinin, hansı istiqamətdən televizoru seyr etməyinizdən asılı olmayaraq - öndən və ya yan tərəfdən baxarkən rəngin bərabər paylanması sayəsində təsvir keyfiyyəti dəyişməz olaraq qalır.

QLED TV, həmçinin, smart ailəsinin qürurlu bir üzvüdür. Televizor sizə kontenti sıralamağı, qoşulmuş cihazlar arasında rahat keçid almağı və internetdən yüksək səviyyədə istifadə etməyi təmin edən Smart Hub interfeysi ilə təchiz olunub. Smart TV-ni həm universal idarə etmə pultu olan One Remote, həm də smartfonunuzdan Smart View əlavəsi vasitəsi ilə idarə edə bilərsiniz. Pultunun "universal" adlandırılması təsadüfü deyil, onun köməyi ilə siz, nəinki QLED TV-nin bütün funksiyalarını, hətta ona qoşulmuş hər bir cihazı idarə edə bilərsiniz. Beləliklə əlavə pultlara gərək qalmır.