WhatsAppda yeni fırıldaq yayılıb:


Digərləri 18 Yan 2018 09:40:36 255 0

WhatsAppda yeni fırıldaq yayılıb:

Dünyanın ən populyar messenceri olan WhatsApp-da istifadəçilərə "ödəniş" mesajları gəlməyə başlayıb.

Dünyanın ən populyar messenceri olan  WhatsApp-da istifadəçilərə "ödəniş" mesajları gəlməyə başlayıb.

Son.az Malwarebytes-a istinadən bildirir ki, mesajda yazılıb: "Sizin WhatsApp-dan istifadə müddətiniz başa çatıb. Akkauntunuzu aktivləşdirmək və sonsuz abunəlik əldə etmək istəyirsinizsə, 1 dollar ödəməlisiniz. Ödəniş üçün bu linkə keçin".

Keçid linkində isə saxtakarların yaratdıqları, bank kartları vasitəsilə 1 dollar məbləğində ödənişin tələb olunduğu sayt var.

Dünən bu mesajı almış WhatsApp istifadəçiləri təəccübləniblər. Onların arasında ödəniş edənlər də olub.

1 milyarddan çox istifadəçisi olan WhatsApp xüsusi açıqlama yayaraq bu mesajın saxtakarlıq olduğunu, messecerdən istifadə üçün hər hansı "abunə haqqı"nın mövcud olmadığını bəyan edib.


Xəbərə aid fotolar