Bakıda avtomobil yaşlı qadını vurub


Digərləri 18 Yan 2018 09:30:00 217 0

Bakıda avtomobil yaşlı qadını vurub

Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Nəsibova Nazlı Tərxan qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.