Tramp Kim Çen In ilə danışıqlara hazır olduğunu bildirib


Dünya 18 Yan 2018 08:53:00 264 0

Tramp Kim Çen In ilə danışıqlara hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə o Reuters agentliyinə müsahibəsində deyib.

Lakin o bu danışıqların KXDR-ın nüvə proqramı ilə bağlı promblemlərin həll olunmasına yardım edəcəyinə əmin olmadığını bildirib.

"Mən danışıqlar masası arxasına oturmağa hazıram. Lakin bunun problemi həll edəcəyinə əmin deyiləm",-deyə ABŞ prezidenti bildirib.