Samsung Galaxy On7 Prime smartfonu hazırlanıb


Digərləri 18 Yan 2018 08:55:00 219 0

Samsung Galaxy On7 Prime  smartfonu hazırlanıb

"Samsung" şirkəti 17 yanvar 2018-ci il tarixində Hindistanda keçiriləcək tədbirlə əlaqədar jurnalistlərə dəvət göndərib. Həmin gün "Galaxy On7 Prime" smartfonu nümayiş etdiriləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl yayılmış məlumat sızmalarına görə, metal korpusla təchiz edilmiş "Samsung Galaxy On7 Prime" smartfonunda barmaq izləri skaneri "Home" düyməsinə inteqrasiya edilib. Sözügedən aparat "Full HD"  (1920x 1080 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, f/1.9 aperturalı 13 meqapiksellik ön və əsas kameralarla təchiz edilib.

Smartfon, həmçinin səkkiznüvəli "Exynos 7870" prosessoru, 3 və ya 4 QB-lıq əməli yaddaş, 32/64 QB-lıq daxili fləş yaddaşla (microSD formatlı kartın köməyi ilə daxili yaddaşı artırmaq mümkündür) təchiz edilib. 2 ədəd SİM kart dəstəklənir, "4G VoLTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 4.1", "GPS" simsiz kommunikasiya vasitələri əlçatandır. Smartfon "Android 7.1.1 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.