“Apple”dan 350 milyard dollarlıq yatırım


Digərləri 18 Yan 2018 08:43:00 253 0

“Apple”dan 350 milyard dollarlıq yatırım

"Apple" şirkəti növbəti beş il ərzində ABŞ iqtisadiyyatına 350 milyard dollarlıq investisiya yatıracağını bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin saytında dərc edilmiş məlumatda deyilir.

Şirkət həmçinin ölkədə 20 mindən çox yeni iş yeri açmaq niyyətindədir.

Bundan əlavə, "Apple" ABŞ ərazisində yeni kampus və məlumatların emalı mərkəzləri təşkil etməyi palnlaşdırdığını bildirib.