ABŞda prokuror müavini müttəhimi məhkəmədə öldürdü


Digərləri 18 Yan 2018 08:47:00 242 0

ABŞda prokuror müavini müttəhimi məhkəmədə öldürdü

ABŞ-da Ohayo ştatının Franklin dairəsinin prokuror müavini məhkəmə iclası zamanı 16 yaşlı müttəhimi qətlə yetirib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə prokuror müavini, yeniyetmə və onun ailəsi arasında yaranmış mübahisə zəminində baş verib.

Hakimiyyət nümayəndəsi müttəhimin ailə üzvlərinin hücumuna məruz qalaraq onlara odlu silahdan atəş açmaq məcburiyyəti qarşısında qalıb.Güllələrdən biri yeniyetməyə dəyib.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.