Bakıda avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb


Digərləri 18 Yan 2018 08:38:00 227 0

Bakıda avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb

Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Günəşli qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Əhmədov Nicat Kərim oğlu idarə etdiyi "Lada Priora" markalı avtomobillə yüksək sürətlə hərəkət edən zaman maşın idaəetmədən çıxıb. Nəticədə avtomobil yuvarlanaraq dərəyə aşıb. Qəza zamanı sürücü N.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.