Türkiyədə zəlzələ baş verib


Dünya 18 Yan 2018 08:39:00 256 0

Türkiyədə zəlzələ baş verib

Türkiyənin qərb bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 01:06-da qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Ula rayonundan 12  km şərqdə, ocağı isə 1 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.