Bakıda orta yaşlı kişini avtomobil vurub


Digərləri 18 Yan 2018 08:28:00 217 0

Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

1977-ci il təvəllüdlü Əhmədov Elşən Vahid oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.