İsrail fələstinlilərə qarşı əməliyyat keçirir,


Dünya 18 Yan 2018 08:09:00 219 0

İsrail fələstinlilərə qarşı əməliyyat keçirir,

Əməliyyat zamanı 1 nəfər ölüb

İsrailin güc strukturları İordan çayının qərb sahilindəki Cenin şəhərində fələstinlilərdən ibarət silahlı qruplaşmaya qarşı əməliyyat keçirir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə sərhəd polisi məlumat yayıb.

Yerli KİV ehtimal edir ki, gecə əməliyyatının keçirilməsində məqsəd ötən həftə yəhudi ruhanisinin - ravvininin öldürülməsi cinayətinin iştirakçılarının zərərsizləşdirilməsindən ibarətdir.

"Təhlükəsizlik qüvvələrinin Cenində keçirdiyi əməliyyatın gedişində qruplaşma ilə silahlı qarşıdurma olub. Xəsarət alanlar var", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, İsrail ordusu və xüsusi xidmət orqanları bir həftədən çoxdur Raziel Şevaxın avtomobilini atəşə tutan silahlıları axtarır. Atəş nəticəsində güllə yarası almış ravvin xəstəxanada ölüb.