İT bazarı daha da artacaq


Digərləri 18 Yan 2018 07:11:00 248 0

İT bazarı daha da artacaq

"Gartner" analitiklərinin məlumatına görə, qlobal İT bazarının həcmi korporativ proqram təminatı sayəsində artmağa davam edəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2018-ci ildə informasiya texnologiyalarına sərf olunacaq xərclər 3,7 trilyon dollara yaxınlaşacaq. Bu, ötən illə müqayisədə 4,5% yüksəkdir. Məlumata görə, 2017-ci ildə 3,8%-lik artım qeydə alınıb, 2019-cu ildə isə bu göstərici 2,7% təşkil edəcək.

İT sahəsində artıma səbəb əsas amillərdən biri şirkətlər tərəfindən istifadə edilən proqram təminatıdır. Cari ildə proqram təminatının satış həcmi 9,5% yüksələrək 389 milyard təşkil edəcək. 2019-cu ildə artım 8,4% təşkil edəcək. Təşkilatlar proqram təminatına xərcləri artıracaq, həm də bir çox şirkətlər SaaS həllərinə üstünlük verəcək.

Bundan başqa, İT xidmətlərə tələbat artır: 2018-ci ildə bu seqmentin həcmi 5,5% yüksələcək. İT avadanlığın (kompüter, mobil telefon və başqaları) satış həcmi 5,6% artacaq. "Windows 10" əməliyyat sisteminin Çin, Latın Amerikası və Şərqi Avropa bazarlarında korporativ seqmentin inkişafını təmin etməsinə baxmayaraq, fərdi kompüterlərin tədarük həcmi, ehtimal ki, ötənilki səviyyədə qalacaq.