Dağlıq Qarabağ münaqişəsi Fransa Milli Assambleyasında müzakirə edilib FOTO


Siyasət 18 Yan 2018 07:07:00 207 0

Dağlıq Qarabağ münaqişəsi Fransa Milli Assambleyasında müzakirə edilib  FOTO

Parisdə "Cənubi Qafqaz: Avropanın qonşusunu anlamaq" mövzusunda konfrans keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, konfrans Xarici Siyasət üzrə Təhlil Mərkəzinin təşəbbüsü ilə Fransa Milli Assambleyasında baş tutub.

Konfransda Fransanın dövlət xadimləri, deputatlar, jurnalistlər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Xarici Siyasət üzrə Təhlil Mərkəzi nəşrlərinin direktoru Didye Şode, Azad Bruksel Universitetinin professoru Sebastyan Bussua, tarixçi-jurnalist Jil Mihaeli, siyasət elmləri üzrə tədqiqatçı, LİCRA-nın prezidenti Səid Musayev çıxış ediblər.

Konfransda Azərbaycanın müstəqilliyini 1991-ci ildə yenidən qazandığı dövrdən bəri əldə etdiyi nailiyyətlərindən, Azərbaycan cəmiyyətində günü-gündən inkişaf edən tolerantlıq ənənənələrindən danışılıb və Avropanın yaxın qoşuluğunda yerləşən Cənubi Qafqazda sabitliyin təmin edilməsi naminə Dağlıq Qarabağ münaqişəsinin həllinin təxirəsalınmaz mahiyyətinə iştirakçıların nəzərinə çatdırılıb.

Xarici Siyasət üzrə Təhlil Mərkəzi nəşrlərinin direktoru Didye Şode bildirib ki, Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə bu münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək məsuliyyəti düşür və bunun üçün bütün qüvvələri səfər olmağa çağırıb. O, erməni lobbisinin Fransada güclü olduğunu, məhz bu səbəbdən Fransa mətbuatında Azərbaycanın əleyhinə məqalələrin yer aldığını bildirərək, Azərbaycanla bağlı həqiqətləri icitimaiyyətə çatdırılması məqsədi ilə tədbir iştirakçılarını fəal olmağa dəvət edib.

Fransalı tarixçi-jurnalist Jil Mihaeli Azərbaycanın təkcə özünün zəngin enerji ehtiyatları sayəsində yalnız bu sahəni inkişaf etdirməklə kifayətlənməyərək, iqtisadiyyatın bütün sahələrini uğurla inkişaf etdirdiyini bildirərək, onun Avropa İttifaqının, habelə Fransanın regionda başlıca tərəfdaşı olduğunu bildirib.

Siyasət elmləri üzrə tədqiqatçı, LİCRA-nın prezidenti Səid Musayev Azərbaycanda multikulturalism ənənələrindən, hər bir insanın öz ana dilində danışmaq hüququndan geniş istifadə etməsindən danışaraq, cəmiyyətə kök salmış mədəniyyətlər, dinlərarası dialoq təcrübəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azad Bruksel Universitetinin professoru Sebastyan Bussua bildirib ki, Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağın ərazisindən çıxarılması tələbini irəli sürən beynəlxalq sənədlər icrasız qalıb. Bununla belə, münaqişə beynəlxalq hüququn tələblərinə müvafiq surətdə öz həllini tapmalıdır.

Tədbirdə iştirak edən deputat, Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jülyən Borovszik Dağlıq Qarabağ münaqişəsinin həlli naminə danışıqlara Fransa-Ermənistan Dostluq qrupunun üzvlərinin, həmçinin Parlamentin digər üzvlərinin cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərə aid fotolar