İsrail hərbçiləri fələstinlilərə qarşı əməliyyat keçirir, ölən və xəsarət alanlar var


Dünya 18 Yan 2018 03:18:48 223 0

İsrail hərbçiləri fələstinlilərə qarşı əməliyyat keçirir, ölən və xəsarət alanlar var

Əməliyyat zamanı 1 nəfər ölüb

İsrailin güc strukturları İordan çayının qərb sahilindəki Cenin şəhərində fələstinlilərdən ibarət silahlı qruplaşmaya qarşı əməliyyat keçirir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə sərhəd polisi məlumat yayıb.

Yerli KİV ehtimal edir ki, gecə əməliyyatının keçirilməsində məqsəd ötən həftə yəhudi ruhanisinin - ravvininin öldürülməsi cinayətinin iştirakçılarının zərərsizləşdirilməsindən ibarətdir.

“Təhlükəsizlik qüvvələrinin Cenində keçirdiyi əməliyyatın gedişində qruplaşma ilə silahlı qarşıdurma olub. Xəsarət alanlar var”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, İsrail ordusu və xüsusi xidmət orqanları bir həftədən çoxdur Raziel Şevaxın avtomobilini atəşə tutan silahlıları axtarır. Atəş nəticəsində güllə yarası almış ravvin xəstəxanada ölüb.

İsrailin "Kan" radiostansiyası isə əməliyyat zamanı ravvinin öldürülməsində iştirak etmiş fələstinlinin zərərsizləşdirildiyini bildirib. Radiostansiyanın məlumatına görə, əməliyyatın gedişi zamanı şəhərdə baş vermiş atışma zamanı 1 fələstinli öldürülüb, daha 1 nəfər saxlanılıb.