Yasamalda köməksiz qalan 1 nəfər xilas edilib


Digərləri 18 Yan 2018 05:30:48 187 0

Yasamalda köməksiz qalan 1 nəfər xilas edilib

Paytaxtın Yasamal rayonunda köməksiz qalan 1 nəfər xilas edilib

Bakı. Paytaxtın Yasamal rayonunda köməksiz qalan 1 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək qapının açılmasını təmin edib.