Bakıda avtobusla motosiklet toqquşub


Digərləri 18 Yan 2018 03:39:03 199 0

Bakıda avtobusla motosiklet toqquşub

Paytaxtın Xəzər rayonunda yol nəqliyyat hadisəsinin baş verib

Bakı. Paytaxtın Xəzər rayonunda yol nəqliyyat hadisəsinin baş verib. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Daewoo” markalı avtobus ilə motosiklet toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.