Bakıda sərnişin avtobusu ilə motosiklet toqquşub, ölən və xəsarət alan var


Sosial 18 Yan 2018 01:49:14 277 0

Bakıda sərnişin avtobusu ilə motosiklet toqquşub, ölən və xəsarət alan var

Hadisə nəticəsində 1 nəfər ölüb

Bakıda sərnişin avtobusu ilə motosiklet toqquşub.

“Report” xəbər verir ki, hadisə Binə qəsəbəsinin mərkəzində baş verib.

Belə ki, 160 saylı sərnişin avtobusu dönmə əməliyyatı edən zaman 17 yaşlı Qurbanov Rövşən Vahid oğlu idarə etdiyi motosikletlə ona çırpılıb.

Nəticədə motosikletdə olan Rauf adlı şəxs avtobusun altında qalaraq ölüb. R.Qurbanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.