20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar filmlərin nümayişi davam edir (FOTO)


Digərləri 18 Yan 2018 00:03:00 241 0

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar filmlərin nümayişi davam edir (FOTO)

Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir

Bakı. Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir. Trend-in məlumatına görə, yanvarın 15-də Badamdar qəsəbə Mədəniyyət evində rejissor İsmayıl Zeynalovun milli qəhrəman Salatın Əsgərova haqqında "23 dəqiqə" və rejissor Fariz Əhmədovun milli qəhrəman Mirəsgər Seyidova həsr edilmiş "Vətən əsgəri" adlı filmləri tamaşaçılara nümayiş etdirilib.