Avstriyada zəlzələ olub


Dünya 17 Yan 2018 23:36:00 282 0

Avstriyada zəlzələ olub

Avstriyada 4,2 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 20:07-də qeydə alınan yeraltı təkanların episentri Sankt-Anton-am-Arlberq kurort şəhərindən 16  km qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.