Dubay yenə təəccübləndirəcək


Digərləri 17 Yan 2018 22:52:00 266 1

Dubay yenə təəccübləndirəcək

2018-ci ilin ortalarında Dubayda Məhəmməd bin Rəşid Al Maktub adına böyük kitabxana açılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tikintisi Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun göstərişi ilə 2016-cı ilin fevralında başlanılan kitabxananın fondunda 1,5 milyondan çox cilddə kitab, 1 milyon audiokitab və 2 milyon elektron kitab saxlanılacaq. Beləliklə, 1 milyard dirhəmə (270 milyon dollar) başa gələn kitabxana dünyada ən iri elektron kolleksiya və ərəb dünyasında ən böyük kitabxana olacaq.

Ümumi sahəsi 90 min kvadratmetrdən çox olan kitabxana ixtisaslaşdırılmış bölmələrdən ibarətdir: ərəbdilli kitabxana, kütləvi kitabxana, uşaq kitabxanası, beynəlxalq kitabxana, kütləvi informasiya vasitələri kitabxanası, dövri nəşrlər kitabxanası. Yeni kitabxana ildə 42 milyondan çox oxucu və 100-dən çox mədəni tədbir qəbul edə biləcək.