Yeddi milyard dollarlıq səfər


Dünya 17 Yan 2018 22:43:00 247 0

Yeddi milyard dollarlıq səfər

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Birləşmiş Ştatlara rəsmi səfərinin gedişində bir neçə milyard dollarlıq sazişlər imzalanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Nazarbayev Qazaxıstanın bu ölkədən 7,5 milyard dollarlıq məhsul almağa hazır olduğunu bildirib. Tramp isə öz növbəsində Qazaxıstana ixracatın Birləşmiş Ştatlara iş yerlərini artırmaqda yardım edəcəyini vurğulayıb.

Qazaxıstan liderinin mətbuat xidməti səfər çərçivəsində 20-dən çox sazişin imzalandığı barədə məlumat yayıb.