Valideyninin qəbrinin yanında özünü asmaq istəyən qadın xilas edilib


Digərləri 17 Yan 2018 22:24:00 293 0

Valideyninin qəbrinin yanında özünü asmaq istəyən qadın xilas edilib

Şəkidə 56 yaşlı qadın qəbiristanlıqda valideyninin qəbrinin üstündə özünü asıb, onun həyatını son anda polis xilas edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki şəhəri ərazisindəki qəbiristanlıqda baş verib.

Şəki şəhəri, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Gülşad Ələkbər qızı İsgəndərova intihar etmək məqsədi ilə qəbiristanlığa gedərək valideyninin qəbrinin yanındakı dirəkdən intihar etmək məqsədi ilə özünü asıb. 54 yaşlı Gülşad İsgəndərova son anda qurtularaq Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, Gülşad İsgəndərova travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.