Meksikada 50 maşın toqquşub, 20 nəfər xəsarət alıb


Dünya 17 Yan 2018 21:54:00 265 0

Meksikada 50 maşın toqquşub, 20 nəfər xəsarət alıb

Meksikanın Saltilyo şəhərində avtomagistralda 50-dən çox maşın toqquşub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub. Hazırda Meksikanın bir çox bölgəsində anomal soyuqlar müşahidə edilir. Bəzi ərazilərdə havanın temperaturu mənfi 5 dərəcəyədək enib.