Meksikada 50 avtomobil toqquşub, xəsarət alanlar var


Dünya 17 Yan 2018 21:35:09 247 0

Meksikada 50 avtomobil toqquşub, xəsarət alanlar var

Qəzalar nəticəsində 20 nəfər xəsarət alıb

Meksikada havaların kəskin soyuması 50 avtomobilin toqquşmasına səbəb olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Koauila ştatında, Saltilo şəhərində baş verib.

Məlumata görə, qəzalar nəticəsində 20 nəfər xəsarət alıb. Bildirilir ki, şəhərin yolları buz qabığıyla örtülüb. Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə qədər düşüb.

Meksikanın hakimiyyət orqanları əhaliyə şəxsi avtomobillərdə və başqa nəqliyyat növlərində səfərlərdən çəkinməyi məsləhət görüb.