Alimlərdən XƏBƏRDARLIQ: Duz bağırsaq florasını məhv edir


Digərləri 17 Yan 2018 21:45:00 267 0

Alimlərdən XƏBƏRDARLIQ: Duz bağırsaq florasını məhv edir

İnsanların gündəlik qidalanma zamanı istehlak etdiyi məhsullar arasında sağlamlığa zərər olan qidalar kifayət qədərdir. Belə ki, əhalinin 80 faizi duzlu və acılı qidalara üstünlük verir. Məsələn, normadan artıq qəbul edilən duz bağırsaq florasını məhv edir.

Son.az xəbər verir ki, amerikalı alimlər iddia edir ki, qidada mütəmadi olaraq normadan artıq miqdarda duz istifadə etmək immuniteti zəiflədir, nəticədə isə insanın koqnitiv funksiyalarının deqredasiyası baş verir.

Aparılan elmi araşdırma nəticəsində məlum olub ki, natrium-xloriddən normadan artıq istifadə endotial disfunksiyaya yol açır. Bu, arterial təzyiqə təsir etməsə də, beyin qan dövranının sürətlə zəifləməsinə gətirib çıxarır.

Duz bağırsaqda "T-helper 17" hüceyrələrinin miqdarını artırır. Mütəxəssislər qeyd edir ki, qan dövranında interleyk molekullarının sürətli artımı zərərli dietanın beyin qan dövranına mənfi təsiri ilə müşahidə olunub.