Qəbizliyin qarşısını alır, ürəyi qoruyur...


Digərləri 17 Yan 2018 21:39:00 295 0

Qəbizliyin qarşısını alır, ürəyi qoruyur...

Zəngin bir qida qaynağı olan kivi C vitamini ilə zəngin olan meyvələrdən biridir. Tərkibində həmçinin A, E, K vitaminləri, kalsium, maqnezium, mineral, fosfor və potasium da var. Son.az ailem.az-a istinadən hazırda mövsümü olan kivinin saymaqla bitməyən faydalarını təqdim edir.

Astma müalicəsinə kömək edir

Kivi xırıltılı nəfəs və öskürək kimi astma simptomlarının yüngülləşməsinə kömək edir. Tərkibindəki C vitamini və antioksidantlar astma müalicəsində kömək olur. C vitamini histamin və prostaqlandinlərin metabolizmasına qatılaraq astma tutmalarının qarşısını alır.

Həzmə kömək edir

Kivi həzm üçün lazım olan liflə zəngindir. İçərisində aktinidin adı verilən proteolitik enzim proteini parçalamağa yardımçı olur və bu da həzm müddətini sürətləndirir. Kivi qıdalardakı bəzı proteinlərin, xüsusilə qatıq, pendir, balıq və çiy yumurtanın həzmində köməkçi olur. Proteinin həzminə kömək etməklə bərabər qəbizliyin qarşısını alır. 

Qan şəkərini tənzimləyir

Kivi diabetli şəxslər tərəfindən istifadə edilə bilər. Qlisemik indeksi 47-58 arasındadır. Buna görə qan şəkəri səviyyənizi qətiyyən yüksəltməz.

Yüksək lif və aşağı karbohidratlara malik olan kivi qan şəkəri səviyyəsini nəzarət altına alaraq xolesterolu aşağı salır. Həmçinin, diabetlə əlaqədar narahatlıqları da müalicə edir. Kivi tərkibindəkiki təbii birləşmələr sayəsində yara sağaltma müddətini inkişaf etdirir.

Yuxu keyfiyyətini artırır

Yuxu problemi ilə üzləşənlər üçün kivi gözəl bir çözüm yolu ola bilər. Onun tərkibində yuxu pozuntusuna qarşı yararlı olan antioksidantlar və serotonin kimi tibbi baxımdan faydalı bir çox birləşmə var. Yatmazdan 1 saat öncə 2 kivi yeyin.

Ürək-damar sağlamlığını dəstəkləyir